“Yuventus” yayda bir neçə aparıcı oyunçusunu sata bilər. Klub maliyyə sıxıntısı çəkdiyi üçün büdcəni sağlamlaşdırmalıdır. Bu baxımdan ən optimal variant yüksək ödənişli oyunçuların sayını azaltmaqdır.

Futbolinfo.az xəbər verir ki, artıq bir neçə oyunçunun göndəriləcəyi dəqiqləşib. Xuan Kuardado və Duşan Vlahoviçin yayda gedişi gözlənilir, onlara daha bir neçəsi qoşulacaq. Lakin toxunulmazlar siyahısı da var və həmin siyahıda ilk pillədə Federiko Kyezanın adı yazılıb.

Turinlilər bir neçə ciddi təklif gəlməsinə rəğmən, İtaliya millisinin üzvünü satmayacaq. 3 il öncə “Fiorentina”dan alınan oyunçu ilə 2025-ci ildə bitəcək müqaviləni yeniləmək niyyətində olan “Yuventus” onun maaşını da artıracaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp