Almaniya kubokunda sonuncu finalçının da adına aydınlıq gəlib. “Ştutqart”la “Ayntraxt” arasında baş tutan oyunda Frankfurt klubu üstün olub.

Futbolinfo.az xəbər verir ki, 5 qolun vurulduğu oyunda ilk və son top “Ştutqart”dan gəlsə də, qələbə “Ayntraxt”a qismət olub.

Almaniya kuboku, yarımfinal

3 may

“Ştutqart” – “Ayntraxt” 2:3

Qollar: T.Tomas, 19, Millot, 83 – Ndika, 51, Kamada, 55, Muani, 77-pen.

Qırmızı vərəqə: Sosa, 85 (“Ştutqart”).

“Ayntraxt” həlledici matçda “Frayburq”u mübarizədən kənarlaşdırmış “Leypsiq”ə rəqib olub. Final oyunu iyunun 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp