Erlinq Haland İngiltərə Premyer Liqasında gözlənilən rekordu rəsmiləşdirdi. Norveçli forvard buna dünən “Mançester Siti”nin “Vest Hem”i 3:0 hesabıyla yendiyioyunda nail oldu.

Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”in hücumçusu Premyer Liqada 35-ci qolunu vurub buna bir mövsümdə nail olan ilk futbolçuya çevrildi. Alan Şirer (1994/95) və Endi Koulun (1993/94) 34 qolluq rekordu artıq tarixə qovuşub. Sözügedən hücumçular bu qədər fərqlənmək üçün 42 matça çıxmışdısa, Erlinq 33 oyuna 35 qol vurmağı bacarıb və hələ göstəricisini yaxşılaşdırmaq imkanı var.

Dünənki matç “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün də əlamətdar oldu. Fil Fodenin vurduğu 3-cü top ispan çalışdırıcının “şəhərlilr”in baş məşqçi postunda gördüyü 1000-ci qol idi. 404 matça buna nail olan mütəxəssisin yetirmələri bu müddətdə cəmi 331 top buraxıb (669).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp