PSJ-nin müdafiəçisi Nuno Mendes mövsümü erkən başa vurub.

Futbolinfo.az xəbər verir ki, o, Fransa çempionatının 33-cü turunda “Loryan”a 1:3 hesabıyla uduzduqları oyunda sıradan çıxıb.

Paytaxt təmsilçisi futbolçunun tibbi müayinəsi ilə bağlı açıqlama verib: “Loryan”la matçda bud nahiyəsindən zədə alan Mendeş mövsümün sonuna kimi mübarizə apara bilməyəcək”.

Paris klubu hazırda Liqa 1-in turnir cədvəlində 75 xalla birincidir. 34-cü turda bu komandanı “Trua” ilə qarşılaşma gözləyir.

Shares: