Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində sonuncu yarımfinalçı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, sonuncu pley-off görüşü Çexiya və Ukrayna yığmaları arasında baş tutub. Rəqibini 4:1 hesabıyla məğlub edən çexlər yarımfinalda A qrupunda birinci olmuş Serbiya ilə qarşılaşmaq hüququ qazanıblar.

Xatırladaq ki, daha öncə A qrupunu üçüncü pillədə başa vuran Azərbaycan millisi pley-offda digər qrupun ikincisi olan Fransa ilə qarşılaşmış və 3:2 hesablı qələbə sayəsində yarımfinala yüksəlmişdi. Yığmamız yarımfinalda B qrupunun birincisi olmuş Qazaxıstanla qarşılaşacaq.

Pley-off oyunları

Fransa – Azərbaycan 2:3

Çexiya – Ukrayna 4:1

Yarımfinal

20:00. Serbiya – Azərbaycan
21:30. Qazaxıstan – Çexiya

Shares: