AFFA legioner limitini yenə dəyişə bilər. Qurumun İcraiyyə Komitəsinin ayın sonuna planlaşdırılan iclasında bu məsələ müzakirə oluncaq.

Futbolinfo.az xəbər verir ki, “6+5” limitini cari mövsümdən “7+4”-ə dəyşən İcraiyyə Komitəsi klubların israrlı təkliflərindən sonra legioner sayını bir az da artırmaq istəyir. Ölkədə yüksək səviyyəli yerli futbolçuların azlığı üzündən start heyətindəki legioner sayının 8-ə çatdırılması müzakirə olunur.

AFFA İsraiyyə Komitəsi yekin qərarı mövsüm başa çatdıqdan sonra verəcək. Gözlənilən toplantıda həmçinin Premyer Liqada komanda sayına bir daha aydınlıq gətiriləcək.

Shares: