Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zonası üzrə ən yaxşı futbolçunun adı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, “Bayern”in və Kanada millisinin üzvü Alfonso Deyvis bu ada layiq görülüb.

22 yaşlı futbolçu bu mükafatı ardıcıl ikinci dəfə qazanıb. Öncədən bunu yalnız kosta-rikalı qapıçı Keylor Navas bacarmışdı.

Alfonso Kanada millisinin heyətində DÇ-2022-də çıxış etmişdi.

Deyvis cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib.

Shares: