Misli Premyer Liqasında XXXIII turun son oyununda “Qəbələ” səfərdə “Qarabağ”la qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, bu, iki komanda arasında 73-cü duel olacaq.

İndiyədək 72 dəfə qarşılaşan rəqiblərin oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib. Digər 38 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 56 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 114 top buraxıb.

Ölkə kubokunda 15 matça çıxan rəqiblər Premyer Liqada 58-ci dəfə üz-üzə gələcək. Çempionatda 10 qələbəsi olan “Qəbələ” 15 dəfə meydanı sülhlə tərk edibsə, 32 dəfə uduzub. Rəqib qapısına 44 dəfə yol tapan “qırmızı-qaralar” 90 top buraxıb.

“Qəbələ” tarixində 36-cı dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 10 heç-heçə edib və 21 dəfə uduzub. Səfərdə 24 qolu olan “Qəbələ” futbolçuları 64 top buraxıb.

Xatırladaq ki, mayın 8-də “Azersun Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp