Misli Premyer Liqasında mövsümün bitiminə 3 tur qalarkən 4 komanda hələ də I Diviziona düşmək təhlükəs yaşayır. Düzdü, komandaların durumu fərqlidir, lakin riyzai cəhətdən elitanı tərk etməsi mümkün olanların sayı məhz bu qədərdir.
“Kəpəz” növbəti turda qələbə qazansa və ya “Səbail”lə “Şamaxı”dan biri uduzsa, gəncəlilər rahat nəfəs alacaq. “Sumqayıt”da vəziyyət nisbətən pisdir, lakin “kimyaçılar” da önəmli üstünlüyə malikdir. Sonuncu olmamaq uğrunda əsas mübarizə “Səbail”lə “Şamaxı” arasında gedəcək.
Bununla belə, Premyer Liqada qalacağı dəqiqləşməyən klubların növbəti oyunlarının təqvimi maraqlıdır:
KƏPƏZ – 29 xal
Zirə (səfər)
Neftçi (ev)
Qəbələ (səfər)
——-
SUMQAYIT – 28 xal
Sabah (ev)
Qarabağ (səfər)
Zirə (ev)
——-
SƏBAİL – 25 xal
Qarabağ (ev)
Turan Tovuz (səfər)
Şamaxı (ev)
——-
ŞAMAXI – 23 xal
Neftçi (səfər)
Qəbələ (ev)
Səbail (səfər)
Bütün komandaların son 3 turdakı oyunları ilk “beşlik”də yerini təmin edənlərə qarşıdır. “Səbail”in Tovuz səfəri nisbi üstünlük sayıla bilər. Bu komandanın “Səbail”i evdə qəbul etməsi də vurğulanmalıdır. Böyük ehtimalla son turda Bayılda baş tutacaq matç final xarakterli olacaq.