Roderik Millerin vəziyyəti qorxulu deyil. Dünən zədələnərək erkən əvəzlənən futbolçu növbəti turadək sağalacaq.
Futbolinfo.az xəbər verir ki, “Turan Tovuz”un panamalı müdafiəçisi dünən “Neftçi”yə qarşı oyunun (4:0) 37-ci dəqiqəsində əvəzləndi. Komandasının ikinci qolunu vurmuş mərkəz müdafiəçisi nəfəs almaqda çətinlik çəkirdi.
İkili mübarizə zamanı zədə alan futboçunun qabırğasında problem yaranıb. Əvvəlcə sınıq olduğu güman edilsə də, müayinədən sonra zədənn yalnız zərbə nəticəsində möhkəm əzilmə olduğu müəyyənləşib. Bu səbəbdən futbolçu “Qəbələ” ilə mayın 13-də baş tutacaq səfər oyununadək sıraya qayıda biləcək.