Devid Moyes tilsimi qırmağı bacardı. 60 yaşlı şotland mütəxəssis nəhayət, “Mançester Yunayted”lə oyunlarda qələbə gördü.

Futbolinfo.az xəbər verir ki, 2013/14 mövsümündə mankunianlara rəhbərlik edən çalışdırıcı ötən 10 il müddətində bunu bacarmamışdı. Daha öncə “Preston” və “Everton”da çalışmış Moyes, 2016-17-ci illərdə “Sanderlend”də, 2017-18-ci illlərdə “Vest Hem”də çalışıb. Sonuncu klubdan qısa ayrılıqdan sonra 2019-un dekabrında qayıdıb və həmin vaxtdan iş başındadır. Lakin dünənədək tutan 10 oyunda o, keçmiş klubun məğlub edə bilməmişdi.

Nəhayət, 11-ci dueldə 1:0 hesablı qələbəyə sevinən şotland daha öncə 2 heç-heçə, 8 məğlubiyyət görmüşdü.

Shares: