İtaliyanın “Napoli” klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis A Seriyasının 23-cü turu çərçivəsində “Fiorentina”ya 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında açıqlama verib.
Spaletti rəhbərliyin sözləşmənin artırılması variantını aktivləşdirdiyini bildirib. O, yeni müqavilənin 2024-cü ilin yayınadək nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“Napoli” Spalettinin rəhbərliyi altında 33 ildən sonra İtaliya çempionatının qalibi olub. Neapol təmsilçisi öncədən 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.