Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu bu mövsümün əvvəlində Portuqaliya “Benfika”sından icarəyə götürdüyü Yulian Vayqlın transfer hüquqlarını da alıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçunun transfer üçün “Benfika”ya 7.18 milyon avro ödənilib. Futbolçunun özü ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.

Almaniyalı yarımmüdafiəçi bu mövsümün əvvəlindən formasını geyindiyi “Borussiya”da 21 oyuna çıxıb, 1 qol vurub. O, “1860 Münhen”, “Borussiya” (Dortmund) və “Benfika”da da oynayıb, Almaniya millisində 6 oyuna çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp