Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.
İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.