“Şamaxı”ya qarşı çox yaxşı oyun keçirdik. Komandamız üçün əla qələbə oldu” – bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi Abbas İbrahim deyib.

Nigeriyalı futbolçu Misli Premyer Liqasının 33-cü turunda “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Matçın əvvəlindən nəzarət bizdə idi. Başlanğıcdan oyunu idarə etdik və yaxşı qol fürsətləri yaratdıq. Onların 3-dən yararlana bildik. Amma ümumilikdə qol vəziyyətimiz çox idi”.

25 yaşlı oyunçu “Zirə”nin bundan öncəki xal itkilərinə görə təəssüfləndiyini gizləyməyib: “Biz hər zaman itirdiyimiz xallara, uduzduğumuz oyunlara görə üzülürük. Amma bunlar futbolun bir hissəsidir. Hər zaman öyrənmək və daha yaxşı olmağa çalışırıq. Məşqçimiz həmişə bizi dəstəkləyir və öyrədir. Pozitiv qalmalı və daha yaxşı nəticələr qazanmalıyıq”.

Yarımmüdafiəçi Konfrans Liqasına vəsiqənin qazanılmasının mümkünlüyündən söz açıb: “Çox çətin olacaq, amma mümkünsüz deyil. Biz inanırıq ki, avrokuboklara vəsiqə əldə edəcəyik. Mövsümün sonunda buna nail olacağımıza ümidim var”.

İbrahim komandanın yaratdığı qol vəziyyətlərindən yararlana bilməməsi ilə bağlı suala belə cavab verib: “Biz hər zaman yaxşı şans yaradırıq, amma bəzən alınmır. Bunun üzərində çalışırıq. Ümid edirəm ki, gələcəkdə bu problemi aradan qaldıracağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp