Autsayder klubların ümidləri bitdi. AFFA-dan güzəşt gözləyən və sonuncu olan komandanın Premyer Liqada saxlanacağına inanmaq istəyənlər belə bir qərardan əlini üzsün. Son 3 turda vəziyyətini yaxşılaşdıra bilməyən və sonuncu sıraya düşən komanda gələn mövsüm I Divizionda olacaq.

Futbolinfo.az xəbər verir ki, bununla bağlı AFFA-nın qəti mövqeyi var. Çempionata nizam gətirmək, idman prinsiplərini bərpa etmək istəyən qurum bundan sonra elita ilə Divizion arasında komandaların əvəzlənməsini təmin edəcək. Baş katib təyin olunduğu gündən bəri bu fikri səsləndirən Sərxan Hacıyev son müsahibəsində əminliklə belə olacağını deyib.

Əldə etdiyimiz məlumata görə bu gün AFFA-da Klublar Komitəsinin iclası zamanı da məsələ müzakirə olunub və fikrin qəti olduğu bildirilib. Premyer Liqada bu mövsüm iştirakçı sayı artırılmayacaq sonuncu pilləni tutanı isə I Divizionun ən yaxşısı əvəz edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp