“Konyaspor”da forma geyinən Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Kontv”-yə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan hücumçu, Türkiyə klubunda qalmaq istədiyini bildirib:

“Yeni mövsümlə bağlı mənimlə danışıq olmayıb. Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsusam. Amma “Konyaspor”un yeni mövsüm planlarında yer alsam, şad olaram. Burada hər şey mənim üçün çox gözəldir. Ölkələrimiz arasında mədəniyyət fərqi yoxdur, bir millətik. Burada adaptasiya problemi yaşamadım. Bu səbəbdən, Konyanı çox sevdim”.

Emrelinin “Konyaspor”la icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp