Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin ikinci turunun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk matçda hesabı “Neftçi” İK ilə “Baku Fire” komandaları üz-üzə gəliblər.

Bu komandaların ilk oyununda “Baku Fire” qalib gəlmişdi. İkinci oyun isə “Neftçi”nin qələbəsiylə yekunlaşıb. Nəticədə bu komanda seriyada hesabı bərabərləşdirib. Bu komandalar arasında 3-cü oyun keçiriləcək. 

“Record” və “Araz-Naxçıvan” arasındakı oyun isə baş tutmayıb. Buna “Record”un təyin olunan vaxtda meydana çıxmaması səbəb olub. Bu görüşün nəticəsi barədə İntizam Komitəsi qərar verəcək.

Xatırladaq ki, ilk oyunda “Araz Naxçıvan” qalib gəlmişdi.

Yüksək Liqa
Pley-off mərhələsi

8 may

Neftçi İK – Baku Fire 4:3
Qollar: Ali Mikaili, 9:48; 44:20; 49:44. Namiq Məmmədkərimov, 27:55 – Əjdər Əjdərov, 11:48-öz qapısına. Yaqo Henrike, 34:37; 44:59-pen.
Hakimlər: Knyaz Əmiraslanov, Hikmət Qafarlı, Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 14:00.

Record – Araz Naxçıvan oyunu baş tutmayıb
Hakimlər: Anar Fərəcov, Şakir Quliyev, Vüsal Balaşov.
Hakim-inspektor: Azər Əsgərov.
8 may. Bakı İdman Sarayı. Saat 17:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp