Tomas Tuhel rəhbərlikdən yeni transfer istəyib. “Bayern”in baş məşqçisi Usman Dembeleni sərəncamında görmək istəyir.

Futbolinfo.az xəbər verir ki, hazırda “Barselona”nın formasını geyən fransalı Bundesliqa təcrübəsinə malikdir. O, 2016/17 mövsümündə Dortmund “Borussiya”sında oynamış və İspaniya təmsilçisinə satılmışdı. İndi isə “Bayern” Usmanı Almaniyaya qaytara bilər.

Dembelenin bir sıra klublardan təklifi var. PSJ, eləcə də İngiltərə təmsilçiləri israrla cinah hücumçusunun transferinə çalışır. Amma oyunçu baş məşqçi Xavi Ernandesin sevimlilərindəndir və 2024-cü ilin yayında bitəcək müqaviləsi bitənədək “Barselona”da qalmaq niyyətini bildirib. Lakin Tuxelin israrı vəziyyəti dəyişə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp