“Qarabağ”ı növbəti çempionluqdan cəmi 3 xal ayırır. Növbəti turda “Səbail”lə Bayıldakı matçda ağdamlılar qızıl medalları özü üçün təmin edə bilər. Təbii ki, “Sabah”ın büdrəməsi ilə “Qarabağ”ın növbəti turlarda qələbə qazanmadan da zirvədə möhkəmlənməsi mümkündür.

“Qəbələ” üzərində bugünkü qələbənin hesabı “Qarabağ”ın çempionluğu necə istədiyini və işini şansa buraxmayacağını göstərir. Premyer Liqanın ən yaxşı komandalarından biri üzərində böyükhesablı nəticə çempiona yaraşan oyunla reallaşdı. Qollar bir yana, təhlükəli epizodların sayı həddindən artıq çox idi və hücumçular daha diqqətli olsaydı, fərq 5-6 topla ifadə oluna bilərdi.

“Qarabağ” onu kubok mübarizəsindən komandanın seriyasına da son qoydu. Son 4 matçda xal itirməyən “Qəbələ” bu məğlubiyyətlə “Zirə”nin ona yaxınlaşmasına da imkan verdi. 4-cü yer uğrunda mübarizə aparan bu komandaları yenə bir-birindən 3 xal ayırır. Düzdür, şəxsi oyunlarda üstünlüyü olan bölgə təmsilçisi “qartallar”ın onları keçməsi üçün 2 matçda xal itirməlidir. Qarşıdakı turlarda bu mümkündür, lakin çətin görünür.

“Qarabağ” 3:0 hesablı qələbə sayəsində xal və qol sayında bərabərliyi davam etdirdi. Komanda 84 xalı 84 qolla əldə edib. Bu, “Sabah”dan 7 xal və 13 qol öndə olmaq deməkdir. Ağdamlıların qollarının az qala yarısını – 40-ı 2 futbolçu vurub. Ramil Şeydayev 20-ci dəfə fərqlənib Musa Qurbanlıya çatdı. Maraqlıdı ki, sonrakı pillələri də “Sabah”ın cütlüyü bölüşür – Coy-Lens Mikelsin 17, Aleksey Kaşukun 16 topu var.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp