“Oyundan əvvəl qələbəyə inanırdıq. İlk hissədən sonra da inamımız davam etdi”. Bunu futbolinfo.az-a açıqlamasından “Səbail”in futbolçusu Matiya Lyuyiç deyib.

Serbiyalı oyunçu Misli Premyer Liqasının 33-cü turunda “Sumqayıt” üzərindəki qələbədən danışıb: “Fasilədə baş məşqçi dedi ki, qalib gələcəyik. Sadəcə, oynamağa və meydanda iş görməyə davam etməliyik”.

Matçda iki qol vuran yarımmüdafiəçi əsas liqada yerlərini qoruya biləcəklərinə inandıqlarını bildirib: “Biz bunu saxlamalıyıq və son 3 matçdan maksimum yararlanmalıyıq. Etməli olduğumuz çox şey var və indi 100% diqqətimizi cəmləməliyik”.

Lyuyiç əvvəlki matçlarda da yaxşı oyun göstərdiklərini sözlərinə əlavə edib: “Biz əvvəllər də çox yaxşı oyunlar göstərirdik, təkcə dünən yox. “Sumqayıt”dan daha yaxşı komandalarla gözəl futbol oynamışıq. Bəzən xal alırsan, bəzən yox. Amma biz hər zaman təhlil edirik və daha yaxşı olmaq və səhvlərimizi düzəltmək üçün çalışırıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp