Latviya çempionatında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Riqa” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı məğlubiyyətlə tərk edib – 0:1.
Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə fasilədən dərhal sonra meydana buraxılıb.
Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
Futbolçularımızın komandası hazırda 6 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.