Futbol üzrə Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Rux”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Nağıyev bu görüşə start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

“İnqulets” hazırda 27 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp