İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mattia de Şilyo əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, futbolçu dizindən əməliyyat edilib.

De Şilyo mayın 3-də, “Leççe” ilə oyunda zədələnmişdi. Həkimlər ona dizdə çarpaz bağın yırtılması diaqnozu qoymuşdular.

Futbolçu tezliklə uzun reabilitasiya prosesinə başlayacaq.

30 yaşlı de Şilyo bu mövsüm bütün yarışlar çərçivəsində 25 oyuna çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp