“Qarabağ”la düzgün oynamadıq” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Feras Abu Akal deyib.

İsrailli futbolçu Misli Premyer Liqasının 33-cü turunda “Qarabağ”a 0:3 hesablı məğlubiyyətdən danışıb: “Biz məğlubiyyətə layiq idik. Lakin artıq bu oyun arxada qaldı. İrəli baxmaq lazımdır”.

26 yaşlı oyunçu qarşıdakı matçlardan söz açıb: “Bizi indi finala bərabər 3 matç gözləyir. Təbii ki, Premyer Liqadakı qarşılaşmaları deyirəm. Biz hədəflərimizə doğru getmək istəyirik. Bu oyunlarda qələbə vacibdir”.

O, komandası üçün mövsümü yaxşı dəyərləndirib: “Biz uğurlu olduq. Hər kəsə komandamızın gücünü göstərmişik. İstənilən komandaya qalib gələcək gücdəyik”.

Abu Akal kubokun finalı barədə hələ düşünmədiklərini də bildirib: “Əvvəlcə 4-cü yerdə qərarlaşmaq, liqanı bu cür bitirmək istəyirik. Ondan sonra kubokun finalına hazırlaşacağıq”.

Shares: