İspaniyanın “Barselona” klubu futbolçularının ödənişlərini vaxtında ödəmədiyinə görə 15.7 milyon avro cərimələnib.

Futbolinfo.az bu barədə “El Confidencial” nəşri məlumat yayıb.

İspaniyanın vergi orqanları iddia edilən qanun pozuntuları ilə bağlı araşdırmanı yekunlaşdırıb və “Barsa”ya maliyyə cəriməsi kəsib.

Bu pozuntular “Audi” avtomobillərinin komanda üzvlərinə verilməsi, çarter reyslərinə ödənişlər barədə məlumatların verilməməsi və türkiyəli sabiq futbolçu Arda Turanla (1 312 500 avro) Aleksandr Sonqun (3,5 milyon avro) aldıqları təzminatın düzgün qeydə alınmaması ilə bağlıdır.

Xatırladaq ki, istintaq 2019-cu ildə başlamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp