Oliver Kan Tomas Tuheldən razıdır. O, “Bayern”in yani baş məşqçisinin kifayət qədər xarakterli, eyni zamanda çalışqan olduğuna əmindir.

Futbolinfo.az xəbər verir ki, münhenlilərin idman direktoru bu barədə “Bild”ə son müsahibəsində danışıb: “Tuhel məni özünə heyran etdi. İş prinsipi, ünsyyəti, hərəkətləri xoşuma gəlir. Onun ruhən komandaya bağlanmağa başladığını hiss edirəm. Bəzən elə həvəslə danışır ki, özüm də meydana çıxmaq istəyirəm”.

Sabiq qapıçı “Napoli”dən ayrılacağı gözlənilən Viktor Osimhen barədə də danışıb: “Hücumçu almaq istədiyimizi artıq demişəm. Bu mövqeyə seçim edəcəyk və ciddi axtarışdayıq. Amma Osimhenin keçidi mümkünsüzdür. 150 milyon avronu heç kimə vermərəm. O, bu məbləğin qarşılığında bizə bütün titulları qazandırmağa vəd verib yerinə yetirərmi? Daha diqqətli davranmaq gərəkdir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp