“Şaxtyor” (Soliqorsk) və “Energetik BGU” komandaları danışılmış oyunlara görə Belarus çempionatının qızıl və gümüş medallarından məhrum ediliblər.

Futbolinfo.az xəbər verir ki, yerli federasiya hər iki klubu danışılmış oyunlarda iştiraka görə cəzalandırıb.

Beləliklə, BATE çempionatın qalibi olub. Minsk “Dinamo”su ikinci, “İsloç” isə üçüncü yerdə qərarlaşıb.

Eyni zamanda, “Belşina” klubu da eyni səbəbdən sanksiyaya məruz qalıb. Hər üç klub cərimələnib.

Komandalar üç iş günü ərzində qərarla bağlı Apellyasiya Komitəsinə şikayət edə bilərlər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp