“Arsenal” növbəti mövsüm üçün heyətin qurulmasına başlayıb. Qranit Caka kimi təcrübəli futbolçular yola salınırsa, Bukayo Saka kimi perspektivli gənclərlə müqavilələr uzadılır.

Futbolinfo.az xəbər verir ki, londonluların növbəti hədəfi transfer bazarı açılana kimi düşərgədə olan lazımlı futbolçuların hamısı ilə razılıq əldə etmək, daha sonra problemli mövqelərə transferləri reallaşdırmaqdır. Bu səbəbdən Vilyam Saliba və Aron Ramsdeyl ilə danışıqlar sürətləndirilib. Zədədən əziyyət çəkən müdafiəçi ilə müzakirələr müvəqqəti dondurulub, Ramsdeyllə bağlı məsələ isə nöqtələnmək üzrədir.

Qapıçı artıq yeni şərtlərə razılığını bildirib. Maaşı artırılacaq Ramsdeyl anlaşmasının müddətini 2028-ci ilin yayınadək uzadacaq. Hazırkı müqaviləsi 2025-də bitəcək futbolçu 2 il öncə 28 milyon avroya “Şeffild Yunayted”dən transfer edilmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp