Ahmed Ayzaya “Kəpəz”də qalmayacaq. Gəncəlilərin 27 yaşlı legioneri bölgə təmsilçisində çıxış etmək istəmir və Bakıya köçmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi “Səbail”in hədəfindədir. O, bakılılarla ilkin danışıq aparıb. Mövsüm bitdikdən sonra Ayzaya yekun qərarını verəcək.

Ahmedin hələ qəti qərara gəlməməsi “Səbail”in Premyer Liqada yerini təmin etməməsi ilə bağlıdır. Bayıl təmsilçisi son pillədən qurtulsa, Ayzaya “dənizçi” olacaq. Əks halda, futbolçu onu heyətinə qatmağa çalışan “Sumqayıt”a keçmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp