Sabah Qəbələdə eyniadlı komandanın qonağı olacaq “Turan Tovuz” sözügedən şəhərə bu gün yollanıb. Qərblilər səfərə Bakıdan çıxıb.
Futbolinfo.az xəbər verir ki, “Turan Tovuz” səfər matçında meydana uyğunlaşmaq üçün bu adıımı atıb. Ev oyunlarını süni örtüklü meydanda keçirən Ayxan Abbasovun yetirmələri Qəbələ təbii örtükdə problem yaşamamaq üçün Bakıda məşq keçib. Tovuzda belə şərait olmadığından komanda bir gün Bakı Olimpiya Stadionunun xidmətindən yararlanıb.
Maraqlıdır ki, doğma şəhərdə hər cür şəraiti olan “Qəbələ” də həftə ərzində paytaxtda hazırlıq keçib və yalnız rəqibindən iki gün öncə evə dönüb.