Lionel Messi oynamağa hazırdır. Səudiyyə Ərəbistanına klubdan icazə almadan yollandığı üçün cəzalanan, üzr istədikdən sonra bağışlanan argentinalı tam hazırdır.

Futbolinfo.az xəbər verir ki, bu barədə PSJ-nin baş məşqçisi Kristof Qaltye bu gün keçirdiyi mətbuat konfransında məlumat verib: “Bütün komanda Leonun dönüşündən məmnundur. O, həftə boyunca məşq edib. Motivasiyalıdır, oynamağa tam hazır vəziyyətdədir”.

Qaltye Messi ilə durumu ilə bağlı danışıb: “Olaylardan sonra düşərgəyə qayıdan kimi Messi ilə görüşdüm. Onu çox sakit gördüm. Oynamaq üçün alışıb-yanır, motivassiyalıdır, komandaya yardım etmək istəyir. Messini sabah meydanda görəcəksiz”.

Xatırladaq ki, rəhbərliyin qərarı ilə məşqlərdən kənarlaşdırılan Leo ötən cümə üzr videosunu paylaşmışdı. Bu həftənin əvvəlindən o, komanda yoldaşları ilə birgə məşq edir. Futbolçu sabah “Ayaçço” ilə ev matçında oynaya biləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp