İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşılarının adları açıqlanıb. Gözlənildiyi ki, Erlinq Haaland və Unay Emeri həmkarlarını qabaqlayıb.

Futbolinfo.az xəbər verir ki, ötən ay superməhsuldarlıq göstərən “Mançester Siti”nin hücumçusu digər namizədləri aşkar fərqlə geridə qoyub. Ümumi səslərin böyük əksəriyyətini qazanan Haaland rekordlar qırmasına görə də fərqlənib.

Ən yaxşı məşqçi seçilən “Aston Villa”nın çalışdırıcısı da apreli əla keçirmişdi. Onun komandası uğurlu seriya sayəində avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulub.

Fv2 UDqWwAEy1K1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp