Deyan Kuluşevskinin karyerasını harada davam etdirəcəy bəlli deyil. Milli komandamızın AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan İsveç yığmasının üzvü yayda seçim etməli olacaq.

Futbolinfo.az xəbər verir ki, Deyan hazırda “Tottenhem”də oynasa da, klubun tamhüquqlu üzvü deyil. “Yuventus”dan icarəyə götürülən sağ cinah yarımmüdafiəçisinin müqaviləsi yayda başa çatacaq. Londonlular 35 milyon avro ödəyəcəyi halda onun transfer hüququna sahib çıxa bilər. Amma İngiltərə təmsilçisi bu məbləği vermək fikrində deyil.

Turinə qayıtmağa məcbur olacaq Kuluşevskini burada da istəmirlər. “Yuventus” onu satmaq niyyətindədir. İtaliya klubu hətta qiymətdə güzəşt etməyə də razıdır.

23 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi gələn yay başa çatacaq. Ona görə də növbəti dəfə icarəyə göndərilmə variantı yoxdur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp