Sabah “Sabah”la yoldaşlıq matçı keçirəcək “Beşiktaş” artıq Bakıya çatıb.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Komanda burada izdihamla qarşılanıb. Azərbaycandakı “Beşiktaş” azarkeşləri onlara dəstək olublar, şüarlar səsləndiriblər.

Qeyd edək ki, “Sabah”la “Beşiktaş” arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

ac36c248 6c3b 302e 8fd7 0342922f1fcc - Futbolinfo.az
79de2522 5d63 3aec 8e70 4099d867d53f - Futbolinfo.az
ae1d9c61 eb6c 3433 8c60 69c3a1ce5fc6 850 - Futbolinfo.az
84a48039 7431 3f2c 93f3 b551ac405533 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp