Marko Verratti bezib. Fransa mətbuatı tərəfindən daim tənqd edilən yarımmüdafiəçi bu səbəbdən PSJ-dən ayrılmaq istəyir. Azarkeşlərin də narazı olduğu dayaq oyunçusu vətənə qayıtmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, mövsüm bitən kimi Lionel Messi və Neymarın komandanı tərk edəcəyi dəqiqdir. Verratti də rəhbərliyə eyni arzuda olduğunu bildirib. Messinin müqaviləsi bitir, Neymarı klub satmağa çalışır, Marko isə özü satılmasını istəyir.

11 ildir Paris klubunda çıxış edən “Peskara” yetirməsi A Seriyasına dönmək fikrindədir. 30 yaşlı oyunçu ilə “Milan” maraqlanır. PSJ ilə 3 illik müqaviləsi qalan Verratti ona güzəşt olunacağına ümid edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp