“Yuventus” “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçə rəsmi təklif göndərib. Serbiya millisinin üzvü razılıq versə, Turində hər il 5 milyon avro və əlavə bonuslar qazanacaq.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanması nəzərdə tutulub. Lakin öncə onun müqavilə ilə bağlı olduğu “Latsio”nu razı salmaq lazımdır. Romalılar gələn yay anlaşma müddəti bitəcək 28 yaşlı oyunçunu 60 milyon avroya satmağa razıdır.

2015-ci ildə “Genk”dən İtaliyaya gələn oyunçu ilə “Milan” da maraqlanır. Eyni zamanda bir neçə İngiltərə klubu Sergeyin izindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp