“Mançester Yunayted”in zədəliləri sıraya dönür. İki futbolçu tam bərpa olunubsa, komandanın əsas ulduzu barədə eyni sözləri demək olmur.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Erik ten Haq növbəti turda “Vulverhempton”a qarşı oyunda Markus Reşfordun olmayacağını söyləyib: “Reşford hələ də tam sağalmayıb. Onun əzələlərində problem var, ağrılar hiss edir. Markusun sağlamlığı ilə risk etməyəcəyik, tam sağalmasını gözləyəcəyik”.

Əvəzində Rafael Varan və Alexandro Qarnaço sıraya qayıdıb. Onlar meydana çıxmağa tam hazırdır.

Shares: