David De Xea ilə yeni müqavilə mövzusunda anlaşa bilməyən “Mançester Yunayted” alternativ variantları nəzərdən keçirməyə başlayıb. İngiltərə nəhəngi milli komandanın qapıçısına göz dikib.

Futbolinfo.az xəbər verir ki, klub naaş məsələsində ispan qapıçı ilə ortaq məxrəcə gələ bilmir. Yayda azad agentə çevriləcək De Xea 12 ildir formasını geydiyi “Qırmızı şeytanlar”ın təklifinə müsbət yanaşmır. Güzəştə getməyən ispan daha yaxşı münasibətə layiq olduğunu düşünür. Klubsa maliyyə vəziyyətlərinin imkan verdiyi şərtlər daxilində hərəkət etmək niyyətindədir.

Müzakirələr dondurulduğundan “Mançester Yunayted” rəhbərliyi “Everton”un qapıçısı Cordan Pikforda “elçi düşüb”. Liverpul klubu Premyer Liqanı tərk etsə, transfer daha rahat reallaşacaq, əks halda hazırda autsayder olan kluba 25 milyon avro ödəmək lazım gələcək. 29 yaşlı qapıçının “Everton”la 2027-ci ilin yayınadək müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp