Bu gün “Sabah” ilə Türkiyənin “Beşiktaş” komandası arasında yoldaşlıq oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, sözügedən komandalar Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.

Azərbaycanlı hakimlərin idarə edəcəyi matça saat 18:00-da start veriləcək.

Qeyd edək ki, bu matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

Yoldaşlıq oyunu
13 may

18:00. “Sabah” – “Beşiktaş”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp