“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel Belçika millisində karyerasını başa vurub. 34 yaşlı oyunçu bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Futbolinfo.az xəbər verir ki, o, millidə onunla birlikdə olan bütün futbolçulara, məşqçilərə və texniki heyətə  təşəkkür edib. Aksel bundan sonra bütün gücünü yaxınlarda birillik yeni müqavilə bağladığı Madrid klubu üçün sərf edəcək.

Vitsel 2018-ci ildən Belçika millisinin əsas komandasında oynayırdı. Futbolçu karyerası ərzində millinin heyətində 130 matçda 12 qol vurub və 8 qolun ötürməsini verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp