“Brayton” heyətini Suriya əsilli alman futbolçu ilə gücləndrir. Dortmud “Borussiya”sından azad agent kimi ayrılmağa qərar verən Mahmud Dahud İngiltərə klubuna keçəcək.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı oyunçu Premyer Liqa təmsilçisi ilə şifahi razılıq əldə edib. Yarımmüdafiəçi mövsüm bitən kimi yeni komandasına qoşulacaq. Bu, “Brayton”un 3-cü transferi olacaq. Komanda “Uotford”dan Joao Pedronu heyətinə qatıb, “Liverpul”dan Ceyms Milnerlə müqavilə də tezliklə bağlanacaq.

2017-ci ildən Dortmund klubunda oynayan Dahud son vaxtlar əsas heyətə az düşdüyü üçün bu qərarı verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp