“Sabah” və “Beşiktaş” bu gün Bakıda yoldaşlıq oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, matçda əvvəl hər iki klubun rəhbərləri arasında görüş baş tutub.

Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL prezidenti Elxan Səmədov da iştirak ediblər. Dostluq yeməyindən sonra “Beşiktaş”ın vitse-prezidenti Engin Baltacı “Sabah”ın prezidenti Maqsud Adıgözəlova “Beşiktaş”ın formasını hədiyyə edib.

Bu gün keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa saat 18:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp