İtaliyanın paytaxtı Roma şəhərində “Masters” seriyalı tennis turniri keçirilir. Oyunları izləyənlər arasında məşhur insanlar da var.
Dünya tennisçilərinin reytinqində 1-ci sırada olan Novak Cokoviçin oyununa Joze Mourinyo da tribunadan tamaşa edib. Görüş başa çatdıqdan sonra məşhur mütəxəssis serbiyalı tennisçidən avtoqraf da alıb. Bu anlar fotokameraların obyektivinə tuş gəlib.
Xatırladaq ki, Novakın özü iki gün əvvəl San-Siro stadionunda “Milan” – “İnter” oyununu izləyirdi.
Oyuna gəlincə , Cokoviç argentinalı tennisçi Tomas Martin Etçeverriyanı 7:6 (7:5), 6:2 hesablı setlərlə məğlubiyyətə uğradıb. Növbəti mərhələdə onun rəqibi bolqar tennisçi Qriqor Dimitrov olacaq. “Masters” turnirinin mükafat fondu 7 milyondan çoxdur.
Cokoviç Mourinyoya avtoqraf verdi
Shares: