Almaniya Bundesliqasında cari mövsümün rəmzi komandası açıqlanıb.

Futbolinfo.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, səsvermədə azarkeşlər, klub nümayəndələri və futbol mütəxəssisləri iştirak ediblər.

Mövsümün ən yaxşı “11-liy”ində Dortmund “Borussiya”sından 4, “Bayern”dən isə 3 futbolçu yer alıb.

Qapıçı: Qreqor Kobel (“Borussiya” Dortmund);

Müdafiəçilər: Jeremi Frimponq (“Bayer”), Matteys de Lixt, Alfonso Deyvis (hər ikisi “Bayern”), Niko Şlotterbek (“Borussiya”, Dortmund);

Yarımmüdafiəçilər: Yulian Brandt, Cud Bellingem (hər ikisi “Borussiya”, Dortmund), Camal Musiala (“Bayern”);

Hücumçular: Mussa Diabi (“Bayer”), Randal Kolo Muani (“Ayntraxt”).

Qeyd edək ki, Bundesliqada mövsümün başa çatmasına 3 tur qalıb. Turnir cədvəlinə 65 xalla “Bavariya” başçılıq edir. Liderdən 1 xal az toplayan Dortmund “Borussiya”sı isə ikincidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp