“Sabah” – “Beşiktaş” xeyriyyə oyunundan (3:3) sonra qonaq komandanın futbolçusu Onur Bulutun səhhətində narahatlıq yaranıb. Bu barədə Türkiyənin “NTV Spor” saytı məlumat yayıb.
Onun təzyiq problemləri səbəbindən Bakıdakı klinikalardan birinə aparıldığı bildirilib. Bulut bu səbəbdən Bakıda qalıb.
29 yaşlı futbolçunun qarşıdakı saatlarda komandadan ayrı İstanbula dönəcəyi bildirilir.