Asif Məmmədov üçün mövsüm bitib. “Qəbələ”nin kapitanı Premyer Liqanın növbəti iki turunda və ölkə kubokunun finalında komandasına kömək edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, “Turan Tovuz”a qarşı son matçda (1:2) zədə alan yarımmüdafiəçinin durumu yaxşı deyil. Dabanından ciddi xəsarət alan futbolçu tezliklə Türkiyədə əməliyyat olunacaq. Onun ən tezi 4-6 ay ərzində məşqlərə qayıtması gözlənilir. Belə zədələrin bərpası uzun zaman aldığından, Məmmədov yaşda olan birisi üçün bu müddət uzana da bilər. Ona görə də futbolçunun ən yaxşı halda avrokubok matçları ərəfəsində sıraya dönəcəyini proqnozlaşdırmaq olar.

2015-ci ildən “Qəbələ”də çıxış edən Asif hazırda 36 yaşındadır və komandası ilə müqaviləsi yayda başa çatacaq. Lakin onunla anlaşmanın müddətinin uzadılacağı şübhə doğurmur.

Shares: