“Barselona”nın baş məşqçisi Xavi Ernandes bu postda ilk dəfə İspaniya çempionu olub. Onun yetirmələri dünən “Espanyol” üzərində 4:2 hesablı qələbə qazanmaqla buna nail olub.
Futbolinfo.az xəbər verir ki, matçdan sonra Xavi erkən çempionluğu şərh edib: “Çətin anlar yaşadığımız da oldu, çox tənqid edildik. Gördüyümüz iş lazımınca qiymətləndirilmir. Amma bura “Barselona”dır və mən belə şeylərə bələdəm”.
Məşqçi növbəti oyunlarda da qələbə istəyir: “Qalan dörd görüşdə qalib gəlmək istəyirik. Biz artıq məqsədimizə çatmışıq və bu, heç də asan olmadı”.
Qeyd edək ki, “Barselona” son 4 ildə ilk dəfə İspaniya çempionu olub. Bu, komandanın 27-ci İspaniya çempionluğudur.