“Fiorentina” Sofyan Amrabatı satmağa hazırdır. Klub rəhbərliyi Mərakeş millisinin üzvünə verdiyi vədi yerinə yetirəcək.

Futbolinfo.az xəbər verir ki, Dünya Çempionatında parlayan dayaq yarımmüdafiəçisi ilə “Barselona” maraqlanır. Qışda komandasına kömək etmək üçün İtaliyada qalan oyunçu rəhbərlikdən yayda satılmaq vədi almışdı. İndi İspaniya çempionu bu keçid reallaşdırmaq üçün əməli addım atacaq. Serxio Busketsin gedişindən sonra dayaq bölgəsinin gücləndirilməsi vacibdir.

26 yaşlı oyunçunun florensiyalılarla daha bir illik müqaviləsi var. Ona görə də “Barselona” transfer üçün xərcə düşməli olacaq. A Seriyası təmsilçisi yarımmüdafiəçini 20-25 milyon avroya satmaq niyyətindədir.

Shares: