Dünən keçirilən oyundan sonra MBA-da bütün finalçılar müəyyənləşib. Bundan əvvəl Denver, Los-Anceles və Mayami təmsilçiləri konfrans finalına yüksəlmişdilər. 7-ci oyuna qədər uzanan yeganə seriyada “Seltiks”  doğma meydançada “Filadelfiya Siksers”i darmadağın edib – 112:88. Beləliklə də Şərq konfransının finalında “Mayami Hits”lə Boston komandası qarşılaşacaq.

Həlledici oyun bir neçə məqama görə diqqətçəkən olub. Bu il MBA-da 7-ci oyunların məhsuldarlıq rekordunu yeniləyən Stiv Körrinin göstəricisi uzunömürlü olmayıb.

Xatırladaq ki, “Vorriors”un lideri 50 xal toplamaqla MBA rekordu qırmışdı. Lakin dünən Ceyson Teytum həmin rekordu yeniləyib. Boston komandasını ötən oyunda xilas edən ulduz basketbolçu bu dəfə 51 xal toplayıb. Bu da liqanın tarixində ən yüksək göstəricidir.

Bostonlular “Siksers”i bu dəfə də eyni taktikayla məğlub ediblər. Mazuallanın komandası üçxallıq atışlarla rəqibin göz açmasına imkan verməyib.

Qeyd edək ki, çempionatın ən yaxşı oyunçusu Coel Embidin orta məhsuldarlığı play-offda 9,4 xal aşağı düşüb. Bu da bir MVP üçün ən böyük geriləmədir.

Shares: